şənbə, 09 avqust 2025

DÜNYA FUTBOLU

Poqba: “Mənim arzum “Real”da oynamaqdır”

09.10.2020 14:39 Oxundu 538



“Mançester Yunayted”in futbolçusu Pol Poqbanın “Real”a keçəcəyi ilə bağlı xəbərlər yenidən gündəmdədir.

“CEMPİON.AZ” xəbər verir ki, fransalı yarımmüdafiəçi bu məsələyə münasibət bildirib. O, Britaniya mətbuatına açıqlamasında “Real”da oynamaq istədiyini etiraf edib: “Bəli, hər bir futbolçu “Real”da oynamaq istəyir. Bu, hər kəsin arzusudur. Elə mənim də arzum bu komandada oynamaqdır.

Niyə bu arzunu nə vaxtsa reallaşdırmayım? Amma hazırda Mançesterdəyəm və klubumu da sevirəm”.

Qeyd edək ki, Poqba 2016-cı ildən "Mançester Yunayted"də çıxış edir.