şənbə, 09 avqust 2025

DÜNYA FUTBOLU

Ukrayna klubunda koronavirus şoku

09.10.2020 16:16 Oxundu 465



Donetsk "Şaxtyor"unda 18 nəfərdə koronavirus aşkarlanıb.

“CEMPİON.AZ” xəbər verir ki, bu barədə klubun baş direktoru Sergey Palkin "Feysbuk" hesabında yazıb. O bildirib ki, koronavirusa yoluxanların 9-u oyunçu, 9-u isə işçidir.  Onların hamısı 10 gün müddətinə karantinə alındığı bildirilib.

Qeyd edək ki, daha əvvəl qapıçı Andrey Pyatov və yarımmüdafiəçi Taras Stepanenkonun testi müsbət nəticələnmişdi. Bu səbəbdən, "Şaxtyor" tam tərkibdə özünütəcrid rejiminə keçmişdi. Nəticədə Donetsk təmsilçisinin oyunçuları Ukrayna yığmasına yollana bilməmişdilər.