şənbə, 09 avqust 2025

BİZİM FUTBOL

Millimiz qrup liderinə qarşı

10.10.2020 11:58 Oxundu 502



Bu gün Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti matçına çıxacaq.

“CEMPİON.AZ” xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu komanda 3-cü turda qrup lideri Monteneqronun qonağı olacaq.

Podqoritsa şəhər stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 17:00-da başlayacaq.

Monteneqro yığması ilk turda  Kipr (2:0), ikinci turda isə Lüksemburq (1:0) üzərində qələbə qazanıb.
 
Çempionatın birinci oyununda Bakıda Lüksemburqa 1:2 hesabı ilə uduzan Azərbaycan millisi isə ikinci turda Nikosiyada Kipri 1:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, yığmanın əsas üzvlərindən hesab edilən Mahir Emreli zədə səbəbindən oyunu buraxacaq. Rəqibin heyətində isə Stefan Saviç cəzalıdır. Qrupun digər matçında Lüksemburq Kipri qəbul edəcək.

10 oktyabr

UEFA Millətlər Liqası

C liqası, 3-cü tur

1-ci qrup

17:00. Monteneqro – Azərbaycan
Hakimlər: Rikardo de Burqos Benqoeçea, Roberto del Palomar, Pau Sebrian Devis, Xavyer Estrada Fernandes (hamısı İspaniya)
Podqoritsa. Şəhər stadionu.