şənbə, 09 avqust 2025

DÜNYA FUTBOLU

Xorvat futbolçu “Milan”dan ayrıldı

10.10.2020 12:28 Oxundu 488


"Milan” futbolçusu Alen Haliloviçlə yollarını ayırıb.

“CEMPİON.AZ” xəbər verir ki, bu barədə İtaliya klubunun saytı məlumat yayıb.

24 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma  əsasında xitam verildiyi bildirilib.

Qeyd edək ki, Xorvatiya millisinin də üzvü olan Haliloviç “Milan”a 2018-ci ilin yayında azad agent kimi transfer olunmuşdu.