şənbə, 09 avqust 2025

DÜNYA FUTBOLU

Ronaldo 100-cü qolunu belə qeyd edəcək

10.10.2020 16:41 Oxundu 433
 

Portuqaliya millisinin və “Yuventus”un futbolçusu Kriştiano Ronaldo Millətlər Liqasının 3-cü turunda Fransa ilə oyuna fərqli butslarla çıxacaq.

“CEMPİON.AZ” xarici KİV-lərə xəbər verir ki, 35 yaşlı hücumçu yığmanın heyətində 100 qol səddini aşmasının şərəfinə görüşə üzərində “CR100” yazılmış butslarla çıxacaq. 
Ronaldo ötən ay Millətlər Liqasının 2-ci turunda İsveçlə görüşdə dubla imza atıb və milli komandanın heyətində vurduğu qolların sayını 101-ə çatdırıb. O, Portuqaliya millisində, eyni zamanda Avropada belə nəticə göstərən ilk oyuçu olub.
Məşhur idman brendi olan “Nike” isə “CR100” yazılı butslar hazırlamaqla Ronaldonu bu uğuruna görə təbrik edib.

Qeyd edək ki, Fransa – Portuqaliya qarşılaşması sabah keçiriləcək.