10.10.2020 17:18
423

“Atletiko”nun icarə əsasında “Bayern”ə (Leverkusen) keçən futbolçusu Santiaqo Aryas zədələnib.
“CEMPİON.AZ” xəbər verir ki, 28 yaşlı müdafiəçi Kolumbiya millisinin heyətində DÇ-2022-nin seçmə mərhələsinin Venesuella ilə matçında rəqib futbolçu Darvin Maçisin müdaxiləsi nəticəsində ayağından zədə alıb. Oyunçu qarşılaşmaya davam edə bilməyib və meydanı xərəkdə tərk edib.
Darvin Maçis isə bu müdaxiləsinə görə qırmızı vərəqə ilə cəzalandırılıb. Lakin epizod videotəkrar sistemi ilə izlənildikdən sonra onun cəzası ləğv edilib.
Qeyd edək ki, “Atletiko”ya 2018-ci ildə PSV-dən transfer olunan S.Aryas bir neçə gün əvvəl icarə əsasında “Bayern”ə (Leverkusen) keçib.