şənbə, 09 avqust 2025

DÜNYA FUTBOLU

“Yuventus” Di Mariya ilə maraqlanır

10.10.2020 17:49 Oxundu 487



Fransanın PSJ klubunun futbolçusu Anxel Di Mariya karyerasını İtaliyada davam etdirə bilər.

“CEMPİON.AZ” "Calciomercato" nəşrinə istinadən xəbər verir ki, "Yuventus" 32 yaşlı yarımmüdafiəçi ilə maraqlanır.

Turin təmsilçisi argentinalı oyunçunu qış transfer dönəmində heyətinə qatmağı nəzərdə keçirəcək. Daha əvvəl Di Mariyanı İspaniya "Barselona"sı da istəyib.

Qeyd edək ki, Anxel di Mariya 2015-ci ildən PSJ-nin formasını geyinir.