10.10.2020 19:23
483

Almaniya millisinin və "Bavariya"nın sabiq hücumçusu Sandro Vaqner məşqçiliyə başlayıb.
“CEMPİON.AZ” "Kicker"ə istinadən xəbər verir ki, 32 yaşlı sabiq oyunçu 16 yaşadək futbolçulardan ibarət Almaniya millisində məşqçi təyin olunub. O, hücumçularla işləyən məşqçi kimi çalışır.
Qeyd edək ki, S.Vaqner bu yay futbolçu karyerasını başa vurub. O, karyerası ərzində "Bavariya", "Duysburq", "Darmştadt" "Verder", "Herta", "Hoffenhaym" da oynayıb. Sandronun son klubu Çinin "Tianjin Teda" klubu olub. Vaqner Almaniya millisi ilə 2017-ci ildə Konfederasiyalar kubokunun qalibi olub.