şənbə, 09 avqust 2025

BİZİM FUTBOL

“Neftçi” yoxlama oyununda gücünü sınayacaq

10.10.2020 20:02 Oxundu 415



Premyer Liqanın 6-cı turunun “Sabah”la oyununa hazırlaşan “Neftçi” yoxlama matçı keçirəcək.

“CEMPİON.AZ”  klubun "Feysbuk" səhifəsinə istinadən xəbər verir ki, komanda “Türk Hava Yolları Futbol Mərkəzi”ndə "Qəbələ" ilə qarşılaşacaq. Görüş oktyabrın 11-i saat 15:00-da start götürəcək.

Qeyd edək ki, “Neftçi” – “Sabah” oyunu oktyabrın 18-i saat 14:00-da “Bakcell Arena”da keçiriləcək.