şənbə, 09 avqust 2025

DÜNYA FUTBOLU

PSJ yeni baş məşqçi gətirmək istəyir

11.10.2020 11:38 Oxundu 416



PSJ-də baş məşqçi vəzifəsinə əsas namizəd müəyyənləşib.
 
“CEMPİON.AZ” Fransa mətbuatına istinadən xəbər verir ki, Tomas Tuxeli komandanın sabiq yarımmüdafiəçisi Tyaqo Motta əvəzləyə bilər.
 
Paytaxt klubunun rəhbərliyi 38 yaşlı mütəxəssisi bu vəzifəyə əsas namizəd hesab edir.
 
Qeyd edək ki, Motta futbolçu kimi “Barselona”, “İnter”, “Cenoa” və PSJ-də oynayıb. O, karyerasını 2018-ci ildə bitirib.

Əlavə edək ki, bir mövsüm PSJ-nin gənclər komandasının məşqçisi işləmiş mütəxəssisin son çalışdığı yer “Cenoa” olub və İtaliya klubunda cəmi 2 ay işləyib.