şənbə, 09 avqust 2025

DÜNYA FUTBOLU

Harri Keyn millinin məşqində zədələndi

11.10.2020 12:08 Oxundu 443

 

İngiltərə millisinin və “Tottenhem”in futbolçusu Harri Keyn zədələnib.

“CEMPİON.AZ”  “Mirror”a istinadən xəbər verir ki, o, yığmanın məşqi zamanı zədə alıb.

“Tottenhem” 27 yaşlı hücumçunu milli komandanın düşərgəsindən kluba qaytarmağa çalışsa da, yığmanın baş məşqçisi Qaret Sautqeyt Keynin millidə qalmasını istəyib.

Oyunçunun bu gün Millətlər Liqasının 3-cü turunda Belçika ilə matçda iştirak edib-etməyəcəyi isə sual altındadır. 

Futbolçu bu ilin yanvar ayında da zədə səbəbindən əməliyyat olunmuşdu.

Qeyd edək ki, H.Keyn Premyer Liqanın yeni mövsümündə 4 oyuna çıxıb və 3 qol vurub.