şənbə, 09 avqust 2025

DÜNYA FUTBOLU

İtaliya klubu Ermənistana yardım göndərib

11.10.2020 14:23 Oxundu 429


“Roma” cəbhədə baş verən hadisələrlə bağlı Ermənistana dəstək nümayiş etdirib.

“CEMPİON.AZ” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Paytaxt təmsilçisi Ermənistana içərisində klubun atributları və idman geyimləri olan 117 qutu göndərib.

“Roma”nın baş direktoru Qvida Fieqa isə yardımla bağlı bu sözləri deyib: “Çətin vəziyyətdə olan uşaqlara, qadınlara və kişilərə kömək etmək istəyirik”.

Ermənistan milli komandasının üzvü olan və “Roma”da çıxış edən Henrix Mxitaryan klubunun bu təşəbbüsünə görə rəhbərliyə təşəkkür edib.