şənbə, 09 avqust 2025

BİZİM FUTBOL

Bolqarıstan – Uels matçı Əliyara tapşırıldı

11.10.2020 14:56 Oxundu 444


Azərbaycanlı FİFA referisi Əliyar Ağayev növbəti dəfə beynəlxalq təyinat alıb.

“CEMPİON.AZ” qurumun saytına istinadən xəbə verir ki, 33 yaşlı baş hakim Millətlər Liqasında Bolqarıstan - Uels matçını idarə edəcək.
 Ona yan xətt hakimləri qismində Akif Əmirəli və Zeynal Zeynalov kömək edəcək. Rəhim Həsənov isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Albaniyalı Sokol Yareçi hakim-inspektor, litvalı Vladimir Buzmakov isə UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, 14 oktyabr B Liqasının 4-cü qrupunda Sofiyadakı Vasil Levski adına Milli Stadionda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 22:45-də başlanacaq.