şənbə, 09 avqust 2025

DÜNYA FUTBOLU

PSJ Ronaldonu transfer etmək istəyir

11.10.2020 17:25 Oxundu 430



PSJ “Yuventus”un futbolçusu Kriştiano Ronaldoya növbəti yay transfer pəncərəsində müqavilə təklif etməyi planlaşdırır.

“CEMPİON.AZ”  Fransa mətbuatına istinadən xəbər verir ki, Turin klubu hazırda maddi problem içərisindədir. Paris təmsilçisi isə bu fürsətdən istifadə edərək, portuqaliyalı hücumçunu heyətinə qatmaq niyyətindədir.

Ronaldonun İtaliya klubu ilə sözləşməsinin müddəti 2022-ci ilin yayına qədərdir.

Qeyd edək ki, K.Ronaldo “Real”dan “Yuventus”a 2018-ci ilin yayında keçib.