11.10.2020 22:33
473
473

Almaniyanın “Bavariya” klubunun müdafiəçisi David Alaba gələn mövsümdən İtaliyada çıxış edə bilər.
“CEMPİON.AZ” xəbər verir ki, ulduz futbolçu “Yuventus”la danışıqlara başlayıb.
Turin təmsilçisi klubu ilə müqavilə müddəti gələn ilin yayına qədər olan avstriyalını heyətinə pulsuz qatmağı planlaşdırır. “Qoca sinyora” artıq yanvarda Alaba ilə ilkin müqavilə imzalamaq niyyətindədir. Bu yöndə danışıqların müsbət məcrada keçdiyi bildirilib.
Qeyd edək ki, David Alaba 2011-ci ildən “Bavariya”nın formasını geyinir.