şənbə, 09 avqust 2025

DÜNYA FUTBOLU

Haaland het-trik elədi

11.10.2020 23:12 Oxundu 550


Millətlər Liqasının B liqasının 1-ci qrupunda Rumıniya ilə keçirilən oyun Norveç yığmasının hücumçusu Erlinq Haaland üçün əlamətdar olub.

 “CEMPİON.AZ” xəbər verir ki, komandasının böyük hesabla qalib gəldiyi qarşılaşmada gənc forvard 3 qola imza atıb.
 
Bununla Haaland beynəlxalq karyerasında ilk dəfə het-trik müəllifi olub. Dortmund “Borussiya”sının üzvünə bunu həyata keçirmək üçün cəmi 6 oyun kifayət edib. Norveçin 4:0 hesabı ilə qalib gəldiyi matçda digər qolu rəqib qapısından Aleksander Sorlot keçirib.
 
Qeyd edək ki, ilk 3 turda 6 xal toplayan Norveç qrupa başçılıq edir.