şənbə, 09 avqust 2025

DÜNYA FUTBOLU

Özil ərəb klubunun təklifini qəbul etməyib

12.10.2020 14:27 Oxundu 475



"Arsenal"ın futbolçusu Məsut Özil Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubundan təklif alıb.


“CEMPİON.AZ” xəbər verir ki, bu barədə jurnalist Sezar Luis Merlo özünün "Tvitter" hesabında yazıb. Bildirilib ki, "Əl-Nəsr" "Arsenal"a 5 milyon funt sterlinq, 31 yaşlı yarımmüdafiəçiyə isə əlverişli şərtlərlə müqavilə təklif edib.  Premyer Liqa təmsilçisi onu satmaq istəsə də, türkəsilli alman oyunçu müqaviləsinin müdddəti başa çatana kimi "Arsenal"da qalmaq istəyib.

Qeyd edək ki, Özilin klubu ilə müqaviləsi 2021-ci ilin yayı başa çatır.