şənbə, 09 avqust 2025

BİZİM FUTBOL

Bu futbolçular yubiley matçlarına çıxacaqlar

12.10.2020 14:40 Oxundu 501



Millətlər Liqasının sabah Kiprə qarşı keçiriləcək oyunu Azərbaycan yığmasının bir neçə futbolçusu üçün əlamətdar olacaq.

“CEMPİON.AZ” xəbər verir ki, Albaniyanın Elbasan şəhərindəki qarşılaşma Ramil Şeydayev üçün 30-cu ola bilər.
Forvard meydana çıxsa, yubiley oyununu keçirəcək. Bununla da Saşa Yunisoğlunu geridə qoyacaq Şeydayev millidəki matç sayında Ruslan Musayevlə İlqar Qurbanova çatacaq.
Namiq Ələsgərov və zədə problemini arxda qoyacağı halda Təmkin Xəlilzadə 20-ci dəfə yığma forması geyinmək imkanı qazanacaq. Bunu bacaracaq oyunçu Mahir Emreli, Xaqani Məmmədov və Bəxtiyar Musayevlə eyni göstəriciyə malik olacaq. Bu “üçlük” də millidə 20 qarşılaşmaya çıxıb. Bəhlul Mustafazadə isə 10-cu görüşdə şans qazanmağa yaxındır.
Millinin 6 üzvü isə Elbasana debüt ümidi ilə yollanıb. Bunlar Amin Seydiyev, Elvin Bədəlov, İsmayıl İbrahimli, Şahrudin Məhəmmədliyev, Şəhriyar Əliyev və Aydın Bayramovdur.
 
futbolçu oyun qol
Maksim Medvedev 63 4
Qara Qarayev 60 0
Bədavi Hüseynov 52 0
Araz Abdullayev 40 3
Ramil Şeydayev 29 5
Təmkin Xəlilzadə 19 3
Namiq Ələsgərov 19 0
Anton Krivotsyuk 10 0
Coşqun Diniyev 10 0
Bəhlul Mustafazadə 9 0
Emil Balayev 8 -12
Rəhman Hacıyev 8 0
Abbas Hüseynov 5 0
Elvin Camalov 4 0
Mirabdulla Abbasov 4 0
Rəhim Sadıxov 2 0
Azər Salahlı 1 0
Əli Qurbani 1 0
Vüqar Mustafayev 1 0
Amin Seydiyev 0 0
Elvin Bədəlov 0 0
İsmayıl İbrahimli 0 0
Şahrudin Məhəmmədliyev 0 0
Şəhriyar Əliyev 0 0
Aydın Bayramov 0 0