şənbə, 09 avqust 2025

DÜNYA FUTBOLU

Kuman: “Suaresin qərarına hörmət edirəm

12.10.2020 15:09 Oxundu 505


"Barselona"nın baş məşqçisi Ronald Kuman "Goal" nəşrinə verdiyi müsahibədə Luis Suaresin komandadan getməsinin səbəbini açıqlayıb.

“CEMPİON.AZ” xəbər verir ki, niderlandlı mütəxəssis bildirib ki, daha cavan oyunçulara etimad göstərmək istəyir:

"Suarez məşqlərdə özünü yaxşı göstərirdi və öz üzərində çalışırdı. Nəhayət, getmə qərarını verdi. Ancaq mən ona demişdim ki, əgər klubda qalsa, yenə heyətin əsas üzvü olacaq. Bildirmişdim ki, mənə onun haqda yanıldığımı sübut etməlidir. Suaresin qərarına hörmət edirəm. "Barselona"nın cavanlaşmağa ehtiyacı vardı".

Qeyd edək ki, uruqvaylı forvard "Atletiko"ya (Madrid) keçib.