şənbə, 09 avqust 2025

DÜNYA FUTBOLU

“Arsenal” Özilə mükafat verib

12.10.2020 15:22 Oxundu 433

 
“Arsenal”ın futbolçusu Mesut Özil klubdan mükafat alıb
 
“CEMPİON.AZ” “The Atletic”ə istinadən xəbər verir ki, buna səbəb 31 yaşlı yarımmüdafiəçinin “topçular”a sadiq qalaraq, komandanı tərk etməkdən imtina etməsi olub.

Ona görə də London klubu türk əsilli alman oyunçuya 8 milyon funt-sterlinq (təqribən 8,8 milyon avro) mükafat verib.
 
Xatırladaq ki, Özil “Arsenal”ın Avropa Liqası üçün sifariş vərəqəsinə daxil edilməyib və bu ilin mart ayından etibarən oyunlarda iştirak etmir. Klub futbolçuya müqaviləyə xitam verməyi təklif etsə də, o, buna görə İngiltərə təmsilçisindən 14 milyon avro tələb edib.
 
Qeyd edək ki. M.Özil 2013-cü ildən “Arsenal”da çıxış edir.