şənbə, 09 avqust 2025

BİZİM FUTBOL

Kiprli hücumçu: “Biz tez toparlanmalıyıq”

12.10.2020 21:44 Oxundu 597


“Azərbaycanla sabahkı oyun bizim üçün hərtərəfli çətin olacaq”.

 “CEMPİON.AZ” xəbər verir ki, bunu Kipr millisinin futbolçusu Pyeros Sotiriu deyib.
 
Millətlər Liqasının Azərbaycanla sabahkı matçına həsr olunan mətbuat konfransında çıxış edən 27 yaşlı hücumçu mümkün qədər yaxşı nəticəyə ümidli olduğunu bildirib: “Ötən matçdakı məğlubiyyətin üzüntüsünü yaşamaq vaxtı deyil. Biz tez toparlanmalıyıq. Başımızı dik tutmağa çalışmalıyıq. Sabah bacardığımız nəticəni əldə etmək üçün mübarizə aparacağıq”.