şənbə, 09 avqust 2025

DÜNYA FUTBOLU

“El-Klasiko”nun vaxtı müəyyənləşib

13.10.2020 10:40 Oxundu 556


İspaniya La Liqasında bu mövsümün ilk "El-Klasiko"sunun başlama saatı müəyyənləşib.


“CEMPİON.AZ” İspaniya mətbuatına istinadən xəbər verir ki,  oktyabrın 24-ü keçiriləcək görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. "Real" və "Barselona" arasında matç 7-ci tura təsadüf edəcək.

Qeyd edək ki, 5 turdan sonra "Real" 10 xalla (4 oyun) 1-ci pillədə qərarlaşıb. "Barselona" isə 3 oyundan 7 xalla 6-cıdır.