13.10.2020 10:46
550


Millimiz bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyununa çıxacaq.
“CEMPİON.AZ” xəbər verir ki, Canni De Byazinin komandası 4-cü turda Kipr yığması ilə qarşılaşacaq. Albaniyanın Elbasan şəhərində keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Bunadək Lüksemburqa 1:2, Monteneqroya isə 0:2 hesabı ilə uduzan yığmamız yeganə qələbəsini məhz Kipr üzərində qazanıb. Səfərdə bu rəqibini 1:0 hesabı ilə üstələyən millimiz növbəti qələbəsini qazanmağa çalışacaq.
Xatırladaq ki, Dağlıq Qarabağdakı hadisələr səbəbindən Bakıda keçirilməli olan oyun neytral meydana salınıb.
Əlavə edək ki, qrupun digər oyununda Monteneqro Lüksemburqu qəbul edəcək.
13 oktyabr
Millətlər Liqası
C liqası, 44-cü tur
20:00. Azərbaycan – Kipr
Baş hakim: Fran Yoviç (Xorvatiya)
Elbasan (Albaniya). “Elbasan Arena”
1 | Monteneqro | 3 | 3 | 0 | 0 | 5 | 0 | 9 |
2 | Lüksemburq | 3 | 2 | 0 | 1 | 4 | 2 | 6 |
3 | Azərbaycan | 3 | 1 | 0 | 2 | 2 | 4 | 3 |
4 | Kipr | 3 | 0 | 0 | 3 | 0 | 5 | 0 |