şənbə, 09 avqust 2025

DÜNYA FUTBOLU

De Bruyne millinin heyətini tərk edib

13.10.2020 11:52 Oxundu 502



Millətlər Liqasının IV turunda İslandiya ilə qarşılaşacaq Belçika yığması ciddi itki ilə üzləşib.

“CEMPİON.AZ” xəbər verir ki, komandanın aparıcı futbolçularından olan Kevin De Bruyne heyətdən çıxarılıb.

Buna səbəb 29 yaşlı yarımmüdafiəçinin səhhətində yaranan problemdir. İngiltərə ilə son qarşılaşmanın (1:2) 73-cü dəqiqəsində əvəzlənən “Mançester Siti”nin üzvü artıq klubunun düşərgəsinə qayıdıb.

Qeyd edək ki, A liqasının 2-ci qrupu çərçivəsində İslandiya - Belçika oyunu oktyabrın 14-də Reykyavikdə keçiriləcək.