13.10.2020 12:20
562


İsveç millisinin futbolçusu Deyan Kuluşevski Millətlər Liqasının 4-cü turunda Portuqaliya ilə oyun öncəsi rəqib komandanın kapitanı Kriştiano Ronaldo barədə fikirlərini bildirib.
“CEMPİON.AZ” "Aftonbladet"ə istinadən xəbər verir ki, o, "Yuventus"dan komanda yoldaşı olan 35 yaşlı hücumçunu tərifləyib: "Onun qarşısını ala biləcək kimsə yoxdur. Əgər yaxşı günündədirsə, matçda nəticəni özü müəyyənləşdirir. Son oyunda onun zərərsizləşdirməyi bacarmamışdıq. Ronaldonun qarşısını necə alacağımı bilmirəm. Əsəblərini pozmaq üçün aqressiv olmaq bir üsul ola bilər. Çünki aqressiv müdafiəçilərə qarşı oynamağı necə olduğunu bilirəm".
Qeyd edək ki, Portuqaliya Millətlər Liqasının 3-cü turunda İsveçə Kriştiano Ronaldonun qolları ilə 2:0 hesabı ilə qalib gəlib. Bu komandalar arasında ikinci görüş sabah keçiriləcək.