13.10.2020 12:42
512

"Barselona" qış transfer pəncərəsində heyətinə qatmaq istədiyi futbolçuların siyahısını müəyyənləşdirib.
“CEMPİON.AZ” "Mundo Deportivo"ya istinadən xəbər verir ki, transfer siyahısında Corcino Veynaldum ("Liverpul"), Memfis Depay ("Lion") və Erik Qarsiya ("Mançester Siti") yer alıb. Sözügedən oyunçuları Kataloniya təmsilçisi yay transfer pəncərəsində də almaq istəyib.
Qeyd edək ki, Veynaldum, Depay və Qarsiyanın klubları ilə müqaviləsi bu mövsümün sonu başa çatır.