şənbə, 09 avqust 2025

DÜNYA FUTBOLU

“Qalatasaray” futbolçunu şikayət  elədi

13.10.2020 12:57 Oxundu 584



Türkiyənin “Qalatasaray” klubu FİFA-ya şikayət məktubu ünvanlayıb.

“CEMPİON.AZ” xəbər verir ki, İstanbul təmsilçisi Səudiyyə Ərəbistanı klubu “Əl-Hilal”ın hücumçu Batefimbi Qomisin transferinə görə son ödənişi etmədiyini bildirib.

“Cim-bom” fransalı forvardı 2018-ci ildə ərəblərə 6 milyon avroya satıb. Son ödəniş vaxtında olmadığı üçün türklər FİFA-ya şikayət ediblər. Həmçinin maaşını ala bilməyən Qomis özü də ali futbol qurumuna müraciət etməyə hazırlaşır.

Qeyd edək ki, Batefimbi Qomis 2017/18 mövsümündə “Qalatasaray”da çıxış edib.