şənbə, 09 avqust 2025

BİZİM FUTBOL

“Makkabi” - “Qarabağ” oyununda bu futbolçu olmayacaq

13.10.2020 14:36 Oxundu 625


"Makkabi"nin (İsrail) futbolçusu Uroş Nikoliç Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"la oyunu buraxacaq.

“CEMPİON.AZ” "One" nəşrinə istinadən xəbər verir ki, buna səbəb serbiyalı yarımmüdafiəçinin hələ də yerli federasiyada qeydiyyatdan keçirilməməsidir. Onun  adı UEFA-ya təqdim olunan sifariş ərizəsinə də salınmayıb. Bildirilib ki, 27 yaşlı oyunçu zədə səbəbindən tibbi müayinədən keçməyib.  Onun qeydiyyata alınması üçün tibbi müayinədən keçməsi mütləqdir.

Qeyd edək ki, oktyabrın 22-də keçiriləcək "Makkabi" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 21:55-da başlayacaq.