şənbə, 09 avqust 2025

VOLEYBOL

Ermənilərə görə klubdan kənarlaşdırıldı

13.10.2020 14:50 Oxundu 906

      
Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisinin sabiq üzvü Katerina Jidkova çıxış etdiyi AEK klubundan ( Yunanıstan) kənarlaşdırılır.

“CEMPİON.AZ” "Fosonline" nəşrinə istinadən xəbər verir ki, idmançı Afinada komanda ilə hazırlıqlara başlasa da, o, sifariş ərizəsinə daxil edilməyib.

Rəsmi açıqlamada isə buna baş məşqçi Kostas Arseniadis voleybolçunun oyununu bəyənməməsinin səbəb olduğu bildirilib.
 
Qeyri-rəsmi məlumata görə, Jidkova Ermənistan - Azərbaycan münasibətlərinə görə qovulub və oyunçunun AEK-də olması ermənilər tərəfindən problem kimi qəbul ediləcək. 

 Qeyd edək ki, Katerina Jidkova AEK-ə ötən ayın ortalarında keçib.