13.10.2020 15:11
645


“Yuventus” idman direktoru Fabio Paratikini istefaya göndərmək niyyətindədir.
“CEMPİON.AZ” İtaliya mətbuatına xəbər verir ki,Turin klubunun rəhbərliyi 48 yaşlı mütəxəssisin fəaliyyətindən razı deyil. A seriyası təmsilçisi bu vəzifəyə “Zenit”in (Rusiya) idman direktoru Xavier Ribaltanı əsas namizəd hesab edir.
Qeyd edək ki. X.Ribalta 2012-2017-ci illərdə də “Yuventus”da idman direktoru işləyib. F.Paratiki isə 2018-ci ildən İtaliya klubunda bu vəzifədə çalışır.