13.10.2020 16:14
633

“Milan”ın məşqçisi Daniele Bonera koronavirusa yoluxub.
“CEMPİON.AZ” xəbər verir ki, bu barədə İtaliya klubunun saytı məlumat yayıb. Komandanın məşqçilər heyətində yer alan 39 yaşlı mütəxəssisdən götürülmüş test nümunələri cavablarının müsbət çıxdığı bildirilib. Boneranın ev şəraitində karantində olduğu qeyd olunub.
Bundan əvvəl “Milan”da Zlatan İbrahimoviçdə COVİD-19 aşkarlanmışdı. İsveçli hücumçu artıq sağalıb və komanda ilə məşqlərə başlayıb.
Əlavə edək ki, D.Bonera ötən ildən A Seriya təmsilçisində işləyir. O, futbolçu kimi 2006-2015-ci illərdə bu komandada oynayıb.