şənbə, 09 avqust 2025

BİZİM FUTBOL

Gürcüstan – Azərbaycan yığmaları qarşı-qarşıya

13.10.2020 16:40 Oxundu 612




Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Gürcüstan millisi ilə qarşılaşacaq.

“CEMPİON.AZ” xəbər verir ki, Qori şəhərindəki Tengiz Burjanadze adına stadionda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Hər iki kollektiv indiyədək hərəyə 8 oyun keçirib. Hazırda Gürcüstan 9 xalla 4-cü, Azərbaycan 6 xalla 5-ci pillədə qərarlaşıblar. İki yığma arasında 2019-cu il sentyabrın 10-da Bakıda təşkil olunmuş qarşılaşmada rəqib qalib gəlib - 3:0.
Bugünkü görüşdə baş məşqçi Milan Obradoviç Azərbaycan millisinə texniki zonadan təlimatlar verə bilməyəcək. Səbəb serbiyalı mütəxəssisin Slovakiya yığmasına 1:2 hesabı ilə uduzduqları görüşdə qırmızı vərəqə almasıdır.