13.10.2020 17:17
576

Benjamin Çilvel ("Çelsi") və Kevin Trippyer ("Atletiko") İngiltərə millisinin düşərgəsini tərk edib.
“CEMPİON.AZ” xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. Bildirilib ki, Çilvel zədəli olduğu üçün, Trippyer isə ailəvi səbəblərdən yığmadan ayrılıb. Hər iki cinah müdafiəçisinin Millətlər Liqasının 4-cü turunda Danimarka ilə görüşü buraxacağı vurğulanıb.
Qeyd edək ki, İngiltərə - Danimarka matçı sabah keçiriləcək.