13.10.2020 22:56
585


“Matçın böyük hissəsində meydanda yaxşı nəzərə çarpdıq”.
“CEMPİON.AZ” xəbər verir ki, bunu Kipr yığmasının baş məşqçisi Yohan Valem Millətlər Liqasının IV turunda Azərbaycanla keçirilən oyun barədə danışarkən deyib.
Albaniyanın Elbasan şəhərində keçirilən qarşılaşma 0:0 hesabı ilə nəticələnib. Bununla Valem Kipr yığmasında ilk xalını qazanıb.
Matçdan sonrakı mətbuat konfransında çalışdırıcı fikrini bu sözlərlə davam etdirib: “Futbolçular xarakter nümayiş etdirdilər, uğur qazanmaq üçün çox çalışdılar. Bəzi anlarda lazımi dərəcədə səbrli oynamadıq. Qapıçımızın penaltini dəf etməsi kimi vacib məqamlar yaşandı. Futbolçularımın oyun düşüncəsi məni məmnun edir. Ancaq yavaş-yavaş və daimi inkişaf üçün açarı tapmalıyıq. Daha yaxşı oynaya bilərik. Komanda şəklində daha çox inkişaf etməli və matç zamanı hissləri düzgün idarə etməliyik”.