şənbə, 09 avqust 2025

DÜNYA FUTBOLU

Suares əsas rəqiblərini geridə qoydu

14.10.2020 11:47 Oxundu 593


Uruqvay millisinin futbolçusu Luis Suares yeni rekorda imza atıb.

“CEMPİON.AZ” xəbər verir ki, hücumçu rəsmi turnirlərdə yığmanın heyətində ən çox qol vuran cənubi amerikalı adını qazanıb.

Suares DÇ-2022-nin seçmə mərhələsinin Cənubi Amerika zonası üzrə turnirinin II turunda Ekvadorun qapısına 2 dəfə yol tapıb. 2:4 hesablı məğlubiyyətdə dubl müəllifi olan Luis Uruqvay millisində qol sayını 41-ə çatdırıb.

Bununla da Suares üçhakimiyyətliliyə son qoyub. Uruqvaylı braziliyalı Ronaldo və argentinalı Lionel Messini arxada qoyub. Onların hərəyə 39 qolu var.