şənbə, 09 avqust 2025

DÜNYA FUTBOLU

Monteneqro millimizlə oyuna itkilərlə çıxacaq

14.10.2020 12:39 Oxundu 550


Millətlər Liqasının 5-ci turunda yığmamızın qonağı olacaq Monteneqro millisi oyuna itkilərlə çıxacaq.

“CEMPİON.AZ” xəbər verir ki, rəqibin üç futbolçusu sözügedən görüşü buraxacaq.
Buna səbəb futbolçuların ötən gün Lüksemburqla matçda cəzalı duruma düşmələridir. Evdə 1:2 hesabı ilə uduzan Monteneqronun iki oyunçusu qırmızı, biri isə sarı vərəqə alaraq cəzalı duruma düşüb.
Müdafiəçi Marko Simiç ikinci sarı vərəqə ilə meydanı tərk edibsə, hücumçu Marko Yankoviçin birbaşa qırmızı vərəqə alaraq cəzalanıb. Digər müdafiəçi Momçilo Raspopoviç isə turnirdə ikinci sarı vərəqəni alıb.

Qeyd edək ki, Azərbaycan – Monteneqro oyunu noyabrın 14-də keçiriləcək.