bazar, 10 avqust 2025

DÜNYA FUTBOLU

“Sivasspor” futbolçunu iştirak ərizəsinə daxil eləmədi

14.10.2020 13:47 Oxundu 542



“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Sivasspor” Türkiyə Futbol Federasiyasına (TFF) yekun iştirak ərizəsini təqdim edib.

“CEMPİON.AZ” xəbər verir ki, Super Liqa təmsilçisi mövsümün qış fasiləsinə qədər olan dönəminədək xidmətindən yararlanacağı futbolçuların adlarını quruma göndərib.

Ölkə daxili matçlarda baş məşqçi Rıza Çalımbay A siyahısına 28 oyunçu cəlb edib. “Qırmızı-ağlar” 20 yaşlı serbiyalı yarımmüdafiəçi Armin Derlekin adını iştirak ərizəsinə salmayıb.

Qeyd edək ki, “Sivasspor”la “Qarabağ”ın Avropa Liqasının İ qrupundakı digər rəqibləri “Vilyarreal” (İspaniya) və “Makkabi” (Təl-Əviv, İsrail) olacaq. Təmsilçimiz Türkiyə klubu ilə III (5 noyabr) və IV (26 noyabr) turda üz-üzə gələcək.