14.10.2020 14:12
524

Braziliyanın DÇ-2022-nin seçmə mərhələsində Peru yığması üzərində 4:2 hesablı qələbəsi Neymar üçün əlamətdar olub.
“CEMPİON.AZ” xəbər verir ki, 28 yaşlı hücumçu görüşdə het-trik edib və millidəki qollarının sayını 64-ə çatdırıb.
Bununla da o, əfsanəvi hücumçu Luis Nazario Ronaldonu qabaqlayıb. Ronaldonun aktivində 62 qol var . Millinin ən çox fərqlənən futbolçusu isə Peledir - 77 qol.