bazar, 10 avqust 2025

BİZİM FUTBOL

Qarayev millinin antirekordunu təzələdi

14.10.2020 14:20 Oxundu 545

Azərbaycan millisi tarixində 6-cı dəfə penalti imkanını qaçırıb.

“CEMPİON.AZ” xəbər verir ki, yığmamız Millətlər Liqasının IV turunun Kiprlə ev matçında (0:0) 11 metrlik nöqtədən fərqlənmək imkanını qaçırıb.

Bu uğursuzluğu millinin kapitanı Qara Qarayev yaşayıb. Yarımmüdafiəçi yığmanın tarixinə penaltini qaçıran 6-cı futbolçu kimi düşüb.