14.10.2020 22:03
434

"Napoli"yə İtaliya A seriyasının 3-cü turunda "Yuventus"la oyuna çıxmadığı üçün 0:3 hesablı texniki məğlubiyyət verilib.
“CEMPİON.AZ” xəbər verir ki, bu barədə A seriyasının saytı məlumat yayıb.
Qeyd edək ki, Neapol səhiyyə xidməti komandada koronavirus səbəbindən “Napoli”nin Turinə yollanmasına qadağa qoyduğu üçün futbolçular oyuna gəlməmişdi. Görüşün baş hakimi Daniele Doveri görüşü rəsmi başlama vaxtından 45 dəqiqə sonra başa vurmuşdu.