bazar, 10 avqust 2025

DÜNYA FUTBOLU

PSJ – “ M Yunayted” matçı azrakeşsiz olacaq

15.10.2020 12:47 Oxundu 420



Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunun PSJ – “Mançester Yunayted” matçı azarkeşsiz keçiriləcək.

“CEMPİON.AZ” xarici KİV-lərə istinadən xəbər verir ki, buna səbəb Fransada axşam saatlarında komendant saatının tətbiq edilməsidir. Prezident Emmanuel Makronun ötən gün imzaladığı sərəncama əsasən, ölkənin İl-de-Frans bölgəsində və digər 8 şəhərdə 21:00-dan 06:00-dək küçəcəyə çıxmağa qadağa qoyulub.

Ona görə də Parisdəki qarşılaşmada azarkeşlər iştirak etməyəcək.

Qeyd edək ki, 20 oktyabr “Park ddes Prinçes” stadionunda keçiriləcək PSJ – “Mançester Yunayted” matçı Bakı vaxtı ilə 23:00-da start götürəcək.

Xatırladaq ki, UEFA-nın qaydalarına əsasən, yerli dövlət orqanlarının icazəsi olarsa, tribunaların 30 faizinə azarkeş buraxmaq mümkündür.