bazar, 10 avqust 2025

DÜNYA FUTBOLU

Ronaldo: "Fərqli beyinə sahibəm və fərqli insanam”

15.10.2020 14:34 Oxundu 558
 


“Yuventus”un ulduz futbolçusu Kriştianu Ronaldo yenə diqqət mərkəzinə düşüb.

“CEMPİON.AZ” xəbər verir ki, koronavirus pandemiyasına yoluxan Portuqaliya millisinin kapitanı bu dəfə iddialı açıqlama ilə gündəmə gəlib.
35 yaşlı hücumçu özünü dünyanın ən güclü futbolçusu adlandırıb: “Mənim yaşımda heç bir futbolçu bir böyük klubdan digərinə 100 milyon avroya keçə bilməz. Mən fərqli idmançıyam, fərqli beyinə sahibəm və fərqli insanam. Bəlkə də, bu səbəbdəndir ki, 12 ildir dağın başındayam”.
Qeyd edək ki, Kriştianu Ronaldo 9 il formasını geyindiyi “Real”dan 2018-ci ildə “Yuventus”a transfer olunub.