bazar, 10 avqust 2025

DÜNYA FUTBOLU

“Arsenal” keçmiş futbolçusundan imtina elədi

15.10.2020 15:42 Oxundu 465


İngiltərənin “Arsenal” klubu sabiq futbolçusu Cek Uilşirin transferindən imtina edib.
“CEMPİON.AZ” xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi London təmsilçisinə agentlər tərəfindən təklif olunub.
Amma klub rəhbərliyi bu təklifi yaxın buraxmayıb. Bununla da son klubu “Vest Hem” olan Cekin azad agent kimi sabiq komandasına dönüşü reallaşmayıb.

Qeyd edək ki, Uilşir ötən mövsümdə 19 oyun keçirib.