bazar, 10 avqust 2025

DÜNYA FUTBOLU

Milli karyerasını başa vurdu

15.10.2020 17:53 Oxundu 528



“Köln”ün futbolçusu Jonas Hektor Almaniya millisindəki karyerasını başa vurub.

“CEMPİON.AZ” xəbər verir ki, bu barədə oyunçu özü yerli mətbuata açıqlama verib.

2014-cü ildə yığmada  debüt edən 30 yaşlı yarımmüdafiəçi millinin heyətində 43 matça çıxıb. O, burada son oyununu  ötən ilin noyabrında keçirib.

Qeyd edək ki. J.Hektor Almaniya millisi ilə 2017-ci ildə   Rusiyada təşkil edilən Konfederasiyalar Kubokunu qazanıb.