bazar, 10 avqust 2025

DÜNYA FUTBOLU

Dibala Premyer Liqada oynaya bilər

15.10.2020 18:29 Oxundu 486

"Yuventus"un futbolçusu Paulo Dibala karyerasını "Çelsi"də davam etdirə bilər.

“CEMPİON.AZ” İtaliya mətbuatına istinadən xəbər verir ki, London klubu 26 yaşlı oyunçu ilə maraqlanır. Bildirilib ki, argentinalı yarımmüdafiəçinin özü də uzun müddətdir İngiltərədə oynamaq istəyir. Çünki o, Turin klubundakı mövqeyindən narazıdır. Qeyd olunub ki, bu transfer üçün 80 milyon avro ödənilə bilər.

Qeyd edək ki, Dibala ötən mövsüm 46 matçda 17 qol vurub, 8 qolun ötürməsini verib.