bazar, 10 avqust 2025

DÜNYA FUTBOLU

“Yaxın vaxtlarda özünü yenidən sübut edəcək”

15.10.2020 20:36 Oxundu 442

 Belçika millisinin və “Real”ın qapıçısıTibo Kurtua yığmadakı və Madrid təmsilçisindəki komanda yoldaşı Eden Hazard haqqında danışıb.

“CEMPİON.AZ” İspaniya mətbuatına istinadən xəbər verir ki, o, 29 yaşlı zədəli yarımüdafiəçinin tezliklə yaşıl meydanlara qayıdacağını vurğulayıb:

“O, çox yaxında gözlənilən partlayışı edəcək. Əminəm ki,  ən yaxşı Hazardı izləməyə yaxınıq. O, çox istəklidir və öz üzərində işləyir. Bunu görə bilirəm. Yaxın vaxtlarda özünü yenidən sübut edəcək”.

Qeyd edək ki, E.Hazard ötən ayın sonlarında sağ ayağından zədə almışdı. Onun 3-4 həftə matçlardan kənarda qalacağı bildirilmişdi.