bazar, 10 avqust 2025

DÜNYA FUTBOLU

Messi: “Geridən oynamağım da buna hesablanıb”

16.10.2020 12:27 Oxundu 495

 İspaniyanın “Barselona” klubunun kapitanı Lionel Messi son vaxtlar az qol vurmasına aydınlıq gətirib.

“CEMPİON.AZ” xəbər verir ki, argentinalı ulduz futbolçu oyun stilində dəyişiklik etdiyini söyləyib.

33 yaşlı ön xətt oyunçusu komandanın qol vurmasına geridən töhfə verməyə çalışdığını deyib: “Artıq az qol vurmağa diqqət yetirirəm. Komandamın işinə, qələbəsinə mümkün qədər çox töhfə verməyə çalışıram. Geridən oynamağım da buna hesablanıb”.

Qeyd edək ki, Messi cari mövsüm La Liqada keçirdiyi 3 oyunda 1 qola imza atıb.