16.10.2020 14:56
541

Avropa Liqasında Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan İspaniya “Vilyarreal”ının futbolçusu Pau Torres karyerasını İngiltərədə davam etdirə bilər.
“CEMPİON.AZ” xəbər verir ki, müdafiəçi “Arsenal”ın hədəfindədir.
London təmsilçisi Torres üçün 35 milyon funt-sterlinq ödəməyə hazırdır. Bu keçidin qış “transfer pəncərəsi”ndə gerçəkləşəsi gözlənilir.
Qeyd edək ki, Paunu ələ keçirmək üçün “Arsenal”dan başqa “Mançester Yunayted” də mübarizə aparır.