çərşənbə axşamı, 12 avqust 2025

DÜNYA FUTBOLU

"Liverpul” ispan futbolçunu transfer etmək istəyir

16.10.2020 15:09 Oxundu 527

 İngiltərənin “Vulverhempton” klubunun hücumçusu Adama Traore daha bir təklif alıb.

“CEMPİON.AZ” xəbər verir ki, İspaniya millisinin üzvü uğrunda mübarizəyə “Liverpul” da qoşulub.

Yay fasiləsində bir neçə Premyer Liqa təmsilçisinin təklifini rədd edən 24 yaşlı oyunçu üçün “qırmızılar” qarşı tərəflə danışıqlara başlayıb. Onun fiziki göstəriciləri “mersisaydlılar”ın baş məşqçisi Yurgen Kloppun diqqətini çəkib. Ancaq “Liverpul” futbolçunu əldə etmək üçün Avropanın bir neçə aparıcı klubunu qabaqlamalı olacaq.

Qeyd edək ki, Adama Traorenin “Vulverhempton”la müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.