çərşənbə axşamı, 12 avqust 2025

DÜNYA FUTBOLU

“Liverpul”dan “Kardif”ə

16.10.2020 16:19 Oxundu 510

İngiltərənin “Liverpul” klubunun futbolçusu Harri Uilsonun yeni komandası bəlli olub.

“CEMPİON.AZ” xəbər verir ki, yarımmüdafiəçi aşağı dəstə təmsilçisi “Kardiff”də çıxış edəcək.

23 yaşlı futbolçu Uels təmsilçisinə icarəyə veriləcək. “Suonsi” və “Bristol” da Uilsonun heyətində görmək istəsə də, kardifflilər daha cəlbedici şərtlər təklif edib.

Cari mövsüm Premyer Liqada meydana çıxmayan Harri İngiltərə kubokunda “Liverpul”un formasını geyinib.

Qeyd edək ki, bir müddət öncə “Bernli” yarımmüdafiəçini icarəyə götürmək fikrindən imtina edib.